Gündəm / Siyasət / Dünya
06:57, 09 May 2023
0

Türk xalqının seçdiyi istənilən hökumətlə əlaqələrimizi dərinləşdirəcəyik

Türk xalqının seçdiyi  istənilən  hökumətlə əlaqələrimizi  dərinləşdirəcəyik



Türkiyədə mayın 14-nə təyin edilmiş prezident seçkiləri bu ölkənin ABŞ ilə münasibətlərinə təsir etməyəcək, tərəflər onları dərinləşdirməyə davam edəcəklər.

Globalpress.az TASS- sa istinadən xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.

“Biz türk xalqının seçdiyi istənilən hökumətlə əməkdaşlığı davam etdirəcəyik. Biz bu əlaqələri dərinləşdirməyə, əməkdaşlığın müxtəlif istiqamətləri və ümumi prioritetlər üzərində işləməyə davam edəcəyik”, - o deyib.

Dövlət Departamentinin sözçüsü Türkiyənin NATO müttəfiqi və Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsinə kömək edən ölkə kimi rolunu qeyd edib.

“Ümumiyyətlə, ABŞ seçkilərdə tərəf tutmur. Biz yalnız demokratik prosesə əsaslanan azad və ədalətli seçkilər görməyə ümid edirik”, - Patel əlavə edib.
Digər xəbərlər: