Gündəm / Siyasət / Dünya
Ankara və Kiyev işçi qrupu yaradıb

Ankara və Kiyev Ukraynanın yenidənqurulması ilə bağlı İşçi Qrup yaradıblar.
Globalpress.az xəbər verir ki, sazişi Türkiyədə səfərdə olan Ukraynanın bərpası üzrə Baş nazirin müavini, infrastruktur naziri Oleksandr Kubrakov və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu imzalayıblar.
O.Kubrakov özünün “X” hesabında yazıb ki, bununla tərəflər yeni əməkdaşlıq yoluna başlayıblar: “Biz təcrübə mübadiləsi və infrastrukturun yenidən qurulması layihələrinin reallaşdırılması üçün əməkdaşlıq sahələrini və Ukraynanın bərpası üçün infrastruktur layihələrini müəyyən etmək üçün platforma yaratdıq”.
Baş nazirin müavini qeyd edib ki, bu əməkdaşlıq xüsusilə su nəqliyyatı infrastrukturunun bərpası və inkişafını, əsas marşrutlarda nəqliyyatın təhlükəsizliyinin təmin etmək üçün yolların yenidən qurulmasını nəzərdə tutur.