Gündəm / Siyasət / Dünya
Yaponiya Ukraynanın infrastrukturunu bərpa edəcək

Yaponiya və Ukrayna infrastrukturun bərpası barədə əməkdaşlıq memorandumu imzalayıblar.
Globalpress .az xəbər verir ki, bu barədə Yaponiya Yenidənqurma İdarəsinin saytında məlumat yayılıb.
Sənədi yenidənqurma naziri Xiromiçi Vatanabe və Yaponiyada səfərdə olan Ukraynanın baş nazirinin müavini – icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov imzalayıblar.
Müqaviləyə əsasən, Ukrayna 2011-ci il zəlzələsi və sunamidən sonra yapon mütəxəssislərinin əldə etdikləri təcrübədən yararlanacaq.
Sənəd, o cümlədən, mənzillərin yenidən qurulması, su təchizatı, kanalizasiya və nəqliyyat infrastrukturunun bərpası, eləcə də məktəblərin inkişafı sahəsində təcrübə mübadiləsini nəzərdə tutur. Tərəflər memorandum çərçivəsində qarşılıqlı fəaliyyət üçün ayrıca rabitə kanalları yaratmaq niyyətindədirlər.
Daha çox xəbər: