Gündəm / Siyasət / Dünya
Taxıl məsələsi müzakirə olunacaq

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov sabah Türkiyəyə səfər edəcək.
Globalpress.az- ın məlumatına görə, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Kubrakovun səfəri Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə baş tutacaq.
Görüş zamanı ikitərəfli məsələlərin, xüsusilə Türkiyənin təşəbbüsləri ilə yaradılmış taxıl təşəbbüsünün müzakirə olunacağı gözlənilir.