Gündəm / Siyasət / Dünya
10:45, 22 Ocak 2024
0

Aİ Azərbaycan- Ermənistan münasibətləri müzakirə olunacaq

Aİ  Azərbaycan- Ermənistan  münasibətləri  müzakirə  olunacaq



Globalpress.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri bu gün Brüsseldə Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması məsələsini müzakirə edəcəklər.
Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin iki ölkə arasında münasibətlərin nizamlanmasına dair çıxış edəcəyi gözlənilir.

Bununla yanaşı, Aİ-nin XİN rəhbərlərinin Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdə missiyası, eləcə də Rusiyaya qarşı 13-cü sanksiyalar paketini müzakirə edəcəkləri bildirilir.
Digər xəbərlər: