Gündəm / Siyasət / Dünya
15:15, 11 Ocak 2024
0

BMT- nin qətnaməsi Rusiya və Şimali Koreya tərəfindən pozulur

BMT- nin qətnaməsi Rusiya  və Şimali  Koreya  tərəfindən  pozulur



Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvləri ABŞ, İngiltərə, Fransa, Yaponiya, Malta, Cənubi Koreya, Sloveniya və Ukrayna Rusiyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrindən sui-istifadədə ittiham edərək, bunun “dünyanı daha da təhlükəli etdiyini” bildiriblər.
Globalpress.az- ın məlumatına görə səkkiz ölkənin ortaq yazılı açıqlamasında Rusiyanın Şimali Koreyadan silah tədarükü tənqid edilib.

Yanvarın 6-da Ukraynaya qarşı yeni hücumlar təşkil edən Rusiyanın Şimali Koreyadan ballistik raketlər aldığı vurğulanan açıqlamada qeyd olunub ki, Moskva bu silahların tədarükü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub.

Bəyanatda bildirilir ki, bu pozuntular Ukrayna xalqının daha çox ağrı-acısı ilə nəticələnib:

“Hər bir pozuntu dünyanı daha da təhlükəli edir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən birinin bu pozuntulara yol verməsi Təhlükəsizlik Şurasındakı vəzifəsindən sui-istifadə etdiyini göstərir”.

Bəyanatda BMT-nin bütün üzvlərinin BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməli olduqları vurğulanır.

“Fransa, Yaponiya, Malta, Cənubi Koreya, Sloveniya, Ukrayna, Böyük Britaniya və ABŞ BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Şimali Koreya və Rusiya tərəfindən pozulmasını qətiyyətlə pisləyir”,- deyə bəyanatda qeyd edilir.
Digər xəbərlər: