Gündəm / Siyasət / Dünya
17:03, 01 Nisan 2023
0

Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Rusiya  BMT  Təhlükəsizlik  Şurasına sədrlik  edəcək


Rusiya bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
Globalpress.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

“Rusiya aprel ayından Təhlükəsizlik Şurasında rotasiya əsasında sədrliyi öz üzərinə götürür”, – məlumatda deyilir.

BMT Təhlükəsizlik Şurası veto hüququna malik Rusiya, Böyük Britaniya, Fransa, ABŞ və Çin də daxil olmaqla 10 növbəli və 5 daimi üzvdən ibarətdir.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba daha əvvəl bildirmişdi ki, Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik etsə, o zaman prosedurların köməyi ilə küncə sıxışdırılmalı, Ukraynaya qarşı müharibə ilə bağlı yalan və nağılların təbliğinə yol verilməməlidir.
Digər xəbərlər: