Gündəm / Siyasət / Dünya
06:57, 28 Mart 2023
0

BMT TŞ Rusiyanın qətnaməsini qəbul etməyib

BMT  TŞ  Rusiyanın  qətnaməsini  qəbul  etməyib


BMT Təhlükəsizlik Şurası “Şimal axını”nda təxribatla bağlı beynəlxalq araşdırmaya dair Rusiya-Çin qətnaməsini dəstəkləməyib.

Globalpress.az xəbər verir ki, bu barədə Rusiya
KİV- ləri məlumat yayıb.


Qətnaməni üç ölkə dəstəkləyib, əleyhinə səs verən olmayıb, 12 ölkə bitərəf qalıb.

Rusiya, Çin və Braziliya layihənin lehinə səs verib, Albaniya, Böyük Britaniya, Qabon, Qana, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Fransa, İsveçrə, Ekvador, Yaponiya bitərəf qalıb.

Qətnaməni Belarus, Venesuela, Şimali Koreya, Nikaraqua, Suriya və Eritreya da dəstəkləyib. Lakin onlar BMT Təhlükəsizlik Şurasının üzvü olmadığı üçün səsvermədə iştirak etməyiblər
Digər xəbərlər: