Gündəm / Hadisə / Dünya
Qəzzada ölənlərin sayı 22 minə yaxınlaşır

İsrail ordusu Qəzzanı bombardmana davam edir. Son sutkada 156 nəfər dünyasını dəyişib.
Globalpress.az xəbər verir ki, bunu Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra mətbuat konfransında məlumat verib.
“İsrail ordusunun həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 156 nəfər artaraq 21 min 978 nəfərə nəfərə çatıb”.
Kudra hücumların başladığı 87 gün ərzində 57 min 697 nəfərin yaralandığını bildirib.