Gündəm / Hadisə / Dünya
Qəzzada ölənlərin sayı artıb

Bu il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin kəskinləşməsindən sonra Qəzza zolağında ölənlərin sayı 21 822 nəfərə çatıb.
Globalpress.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Həmin dövrdə 56 451 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin verilənlərinə görə, təkcə son 24 saat ərzində azı 150 nəfər ölüb, 286 nəfər isə yaralanıb.