Gündəm / Siyasət / Dünya
Gəzzada öldürülənlərin sayı artır

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölən mülki vətəndaşların sayı 5791 nəfərə çatıb.
Globalpress.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, son 24 saat ərzində Qəzzada öldürülənlər 704 nəfər artaraq 5791 nəfərə çatıb.
Ümumilikdə ölənlərin sayı 2 min 360-ı uşaq, 1292-si qadın olmaqla 5 min 791-ə, yaralıların sayının isə 16 min 297-yə yüksəlib.
Məlumatda Qəzzada xəstəxanalarda səhiyyə sisteminin tamamilə çökdüyü də qeyd edilib.