Gündəm / Siyasət / Dünya
17:42, 25 Aralık 2023
0

Putin yeni qanun imzalayıb

Putin yeni qanun imzalayıb


Rusiyaya gəlməyi planlaşdıran əcnəbilər xaricdə məcburi barmaq izi qeydiyyatından keçə biləcəklər.
Globalpress.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin qanun imzalayıb.
Sənədə əsasən, Federal Unitar Dövlət Müəssisəsi məcburi barmaq izi qeydiyyatının aparılması və xarici vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı üçün müraciətlərin qəbulu ilə məşğul olacaq.

Ölkəyə işləmək üçün gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə 90 gündən çox müddətə işləmək məqsədi ilə gəlməyi planlaşdıranlar Rusiyadan kənarda məcburi dövlət barmaq izi qeydiyyatından keçə biləcəklər. Prosedur xarici dövlətlərin ərazisində həyata keçiriləcək, onların siyahısı Rusiya hökuməti tərəfindən müəyyən ediləcək.
Digər xəbərlər: