Gündəm / Siyasət / Dünya
Nümayəndə heyətinə Lavrov başçılıq edəcək

Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının 78-ci sessiyasında Rusiya nümayəndə heyətinin tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Globalpress.az xəbər verir ki, fərmana əsasən, nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.
Sənədə əsasən, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Verşinin, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski və başqaları daxildir.
Mənbə /İnterfaks
Daha çox xəbər:

Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb

Zaxarova: “Rusiya G20 sammitində Türkiyə ilə əməkdaşlıq təşəbbüslərini açıqlayacaq”

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi – ADLAR

Putin Qarabağla bağlı Rusiya XİN-ə taşırıq verdi

Putin Qazaxıstana səfər edəcək