Gündəm / Siyasət / Dünya
11:20, 14 Aralık 2023
0

Aİ Gürcüstana namizəd statusunu müzakirə edəcək

Aİ Gürcüstana  namizəd statusunu  müzakirə edəcək



Avropa İttifaqı (Aİ) bu gün və sabah Gürcüstana namizəd statusunun verilməsini müzakirə edəcək.
Globalpress.az xəbər verir ki, Aİ Şurasının 14-15 dekabr tarixlərində Brüsseldə keçiriləcək iclasında genişlənmə paketi müzakirəyə çıxarılacaq. 10 ölkəni əhatə edən paketə Gürcüstana namizəd ölkə statusunun verilməsi, Ukrayna və Moldova ilə, həmçinin Balkan ölkələri ilə üzvlük danışıqlarına başlanması daxildir.

Aİ üzvü olan 27 ölkənin liderləri tərəfindən konsensus əsasında qəbul ediləcək qərar iki günlük sammit çərçivəsində elan ediləcək.
Digər xəbərlər: