Gündəm / Siyasət / Dünya
Gürcüstana namizəd statusu verilməlidir

Gürcüstan uzun yol qət edib. Gürcüstan və hökumətinə namizəd statusu verilməlidir.
Globalpress.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.
O, yekun qərarın Aİ Şurası tərəfindən qəbul ediləcəyini bildirib, Gürcüstan xalqını və hökumətini bu istiqamətdə işləməyə davam etməyə çağırıb:
“Bu, strateji qərardır və liderlər tərəfindən qəbul edilməlidir. Düşünürəm ki, bizim təkliflərimiz aydındır”, - deyə Aİ komissarı əlavə edib.
Qeyd edək ki, 15-16 dekabr tarixlərində Aİ Şurası tərəfindən Gürcüstana namizəd statusunun verilməsi gözlənilir.
Daha çox xəbər:

Bu il Gürcüstan Avropa Birliyinə namizəd statusu alacaq

Tiflisdə aksiyalar başladı - Minlərlə insan şəhərin mərkəzinə toplaşdı -

Tiflisdə aksiyalar başladı - Minlərlə insan şəhərin mərkəzinə toplaşdı -

Aİ bu ölkələrlə bağlı qərar verib

Çexiya Prezidenti Salome Zurabişvilini Praqa sarayında qəbul edib