Gündəm / Siyasət / Dünya
ABŞ - dan Ukrayna xəbərdarlğı

Co Bayden administrasiyası ABŞ Konqresinin liderlərinə xəbərdarlıq edib ki, Ukraynaya yardım üçün ayrılan vəsait bu ilin sonuna kimi başa çatacaq və bu, Rusiyanın qələbələrinə töhfə verə bilər.
Globalpress xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
ABŞ-ın İnzibati və Büdcə Bürosunun direktoru Şalanda Yanq Respublikaçılar və Demokratik partiyaların liderlərinə yazıb: “Konqres tədbir görməsə, ilin sonuna qədər Ukrayna üçün daha çox silah və texnika almaq üçün resurslarımız tükənəcək”.
O qeyd edib ki, Konqresin yeni dəstəyi təsdiqləməkdən imtina etməsi Kiyevi döyüş meydanında diz çökdürəcək və həmçinin Rusiyanın hərbi qələbələri ehtimalını artıracaq: “Bu tapşırığın öhdəsindən gəlməkdə bizə kömək edəcək sehrli bir maliyyə qaynağı yoxdur. Pulumuz və demək olar ki, vaxtımız bitdi”.