Gündəm / Siyasət / Dünya
Ağ Ev Ukraynaya yardım paketini təsdiqləyib

ABŞ prezidenti Co Bayden Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqlədiyini bildirib.
Globalpress.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə görüşdə Bayden Ukraynaya yardım üçün daha 200 milyon dolları təsdiq etdiyini bildirib.
Eyni zamanda o, bəyan edib ki, ABŞ Konqresi Kiyevi dəstəkləmək üçün əlavə maliyyə ayrılması barədə razılığa gəlməlidir.