Gündəm / Siyasət / Cəmiyyət
Viktor Orban və prezidentlərin səfərləri başa çatıb

Macarıstanın baş naziri Viktor Orbanın, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına işgüzar səfərləri noyabrın 24-də başa çatıb.
Globalpress.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonaqları ayrı-ayrı vaxtlarda Azərbaycan baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.