Gündəm / Siyasət / Dünya
06:07, 27 Temmuz 2023
0

Ukraynalı pilotlar bu ölkələrdə təlim keçəcəklər

Ukraynalı pilotlar  bu ölkələrdə  təlim keçəcəklər



Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Globalpress.az xəbər verir ki, Ukraynalı pilotların Rumıniya və Danimarkada “F-16” döyüş təyyarələri üçün təlim keçəcəyini qeyd edən Kirbi, təlim yerləri və təqvim üzərində hələ də çalışdıqlarını bildirib.

C.Kirbi təlim üçün başqa yerlərin də ön plana çıxa biləcəyini vurğulayıb.

Böyük Britaniyanın ukraynalı pilotların təyyarələri idarə edə bilməsi üçün dil təhsilinə başladığını ifadə edən Kirbi, təlim məsələsində mümkün qədər tez hərəkət etmək istədiklərini qeyd edib.
Digər xəbərlər: