Gündəm / Siyasət / Dünya
Ukraynaya F- 16 lar veriləcək

Ukrayna ordusuna F-16 qırıcıları veriləcək. Hazırda Niderland 42, Danimarka 19 təyyarə tədarük etməyə qərar verib. Amma orada digər ölkələr də var, ümumilikdə 200 belə təyyarə veriləcək.
Globalpress.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, bu, ABŞ-ın qərarıdır, əvəzində bu ölkələr Vaşinqtondan müasir F-35-lər alacaqlar.
“F-16-nın hərbi əhəmiyyəti ondan ibarətdir ki, o, çoxlu sayda yeni müasir Qərb raketləri və idarə olunan bombalardan istifadə üçün platforma rolunu oynayır. Ukrayna Silahlı Qüvvələrindəki sovet təyyarələrində bu raketlərdən istifadə edilmir”, – politoloq bildirib.
Markov qeyd edib ki, bu təyyarələrə dəstək üçün böyük infrastrukturun yaradılması vacibdir:
“Ən böyük problemlər aerodromlardır. Uçuş zolağı nöqteyi-nəzərindən F-16 şıltaq təyyarədir. Ona MiQ və ”Su”nun uçuş zolağından daha yaxşısı lazımdır. Ukraynada isə aerodromlar dağılıb. Bu da ona gətirib çıxara bilər ki, ola bilsin F-16-lar Polşa və ya Rumıniyadan qalxsınlar”.
Daha çox xəbər:

Sergey Markov: “Azərbaycana mina xəritələrinin verilməməsi cinayət aktıdır”

Danimarka Ukraynaya yardım edir

Markov: "Azərbaycan Laçında gömrük postunun yaradılmasını tələb edəcək və Rusiya onu dəstəkləyəcək"

Sergey Markov: “Şuşa Azərbaycanın turizm incilərindən birinə çevriləcək”

"Qərb daha Rusiyadan çəkinmir..."