Gündəm / Siyasət / Dünya
01:16, 13 Ekim 2023
0

Salome Zurabişvilinin impiçmenti baş tutmayacaq

Salome Zurabişvilinin  impiçmenti  baş tutmayacaq


Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçmenti baş tutmayacaq.
Globalpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, buna səbəb “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının 150 səsdən 100 səs ala bilməyəcək olmasıdır.

Qeyd edək ki, sentyabrın əvvəlində Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti buna razılıq verməyib.

Bu səbəbdən hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.

Mənbə TASS
Digər xəbərlər: