Gündəm / Siyasət / Dünya
Xanım Zurabişvilinin impiçmenti alınmadı

Gürcüstan parlamenti impiçment proseduru vasitəsilə prezident Salome Zurabişvilini vəzifəsindən kənarlaşdıra bilməyib.
Globalpress.az xəbər verir ki, impiçmenti barədə qərarı parlament çoxluğundan 86 deputat dəstəkləyib. Halbuki bunun üçün 100 deputatın dəstəyi lazım idi.
Parlament müxalifətinin nümayəndələri səsvermə prosesində iştirak etməyiblər.
Xatırladaq ki, sentyabrın 14-də hakim “Gürcü arzusu” partiyası prezidentin ölkə Konstitusiyasını pozması iddiası ilə Gürcüstanın Konstitusiya Məhkəməsinə müraciət edib. Zurabişvili hökumətin razılığı olmadan bir neçə dəfə Avropaya səfər edərək Konstitusiyanı pozmaqda ittiham olunub. Konstitusiya Məhkəməsi Zurabişvilinin Gürcüstan Konstitusiyasını pozduğunu təsdiqləyib.