Gündəm / Siyasət / Dünya
20:41, 25 Eylül 2023
0

Xanım prezident bu ölkələrə səfər edib

Xanım prezident  bu ölkələrə səfər edib


Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə hökumətindən icazə almadan Latviya, Litva və Estoniyaya səfər edib.

Globalpress.az xəbər verir ki, "Salome Zurabişvilinin Baltikyanı ölkələrə səfər etmək icazəsi yox idi", - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Qeyd edək ki, sentyabrın 25-də Zurabişvili administrasiyası Gürcüstan liderinin Baltikyanı ölkələrə səfərə getdiyini açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl Gürcüstan lideri Berlin, Brüssel və Parisə səfər edib, burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, respublika hökuməti onun həmin səfərlərinə razılıq verməyib. Bu, Zurabişvilini ölkənin fundamental qanunlarını pozmaqda ittiham edilməsi və onunla bağlı impiçment proseduruna başlanılmasına səbəb olub.

Mənbə TASS
Digər xəbərlər: