Gündəm / Cəmiyyət / Hadisə
09:08, 03 Ekim 2023
0

Bakı şəhərində yanğın olub

Bakı şəhərində  yanğın olub


Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli binanın 1-ci mərtəbəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb.
Globalpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Digər xəbərlər: