Gündəm / Siyasət / Dünya
Ermənistana köçkün axını dayanmaq üzrədir

Ermənilərin Qarabağdan Ermənistana keçidi özünün məntiqi sonluğuna yaxınlaşmaqdadır.
Globalpress.az xəbər verir ki, məlumatı Ermənistan Nazirlər Kabinetinin mətbuat katibi Nazeli Baqdasaryan təsdiqləyib.
Onun sözlərinə görə, köçkün axınının intensivliyi hiss ediləcək qədər aşağı düşüb. “Demək olar ki, hazırda Ermənistana gəlməyi arzulayanların sonuncularını qəbul edirik”, - deyə N. Baqdasaryan əlavə edib.