Gündəm / Siyasət / Cəmiyyət
Ermənistan sülh müqaviləsi imzalamaq istəyir

"İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır".
Globalpress.az xəbər verir ki, "Caliber" teleqram kanalının məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanması mümkündür:
"İrəvan bu məsələdə irəliyə doğru addım atılmasını çox istərdi".
"Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna hazırıq", - Alen Simonyan İctimai Televiziyada deyib.
Daha çox xəbər:

Ermənistanın bu istəyi rədd edilib

Ermənistanın spikeri Azərbaycan deputatlarını görüşə çağırdı

Paşinyan sülh müqaviləsi imzalamağa hazırlaşır

“Azərbaycanın yeni təklifi məqbuldur” - Ermənistan parlamentinin sədri

İlham Əliyev: “Biz bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər”