Gündəm / Siyasət
“Azərbaycanın yeni təklifi məqbuldur” - Ermənistan parlamentinin sədri
Rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu 5 maddə məqbuldur.
Globalpress.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Almatı şəhərində MDB Parlament Assambleyasının (PA) Şura iclasında bildirib.
“Hesab edirik ki, əgər bir neçə aspektləri əlavə etsək, biz bu işi həyata keçirməyə başlaya bilərik”, – Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Azərbaycanın münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim etməsinə cavabında deyib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiyini və cavab gözlədiklərini bildirib.
Daha çox xəbər:

Bakı İrəvana təklif göndərdi

SON DƏQİQƏ: Ermənistan Azərbaycanın irəli sürdüyü 5 bəndlik ilkin şərtin SİYAHISINI YAYDI

Minskdə Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilib

Ceyhun Bayramov İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb - FOTO

AZƏRBAYCAN ERMƏNİSTANA HANSI ŞƏRTLƏRİ İRƏLİ SÜRÜB?