Gündəm / Siyasət / Dünya
Ermənistanın bu istəyi rədd edilib
[center][img]https://globalpress.az/upload
Avropa İttifaqı (Aİ) Ermənistana hərbi yardım göstərməkdən imtina edib.
Globalpress.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
O, Polşaya səfəri zamanı prezident Andjey Duda ilə görüşdə Avropa İttifaqının qərarından şikayət edib.
Erməni spiker bildirib ki, Ermənistan hökuməti, inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) “texniki yardım” istəyib.
“Təəssüf ki, Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib”, - Simonyan deyib.
O, sözügedən qərarın Ermənistanda etirazlara səbəb olduğunu diqqətə çatdırıb.

Daha çox xəbər:

“Azərbaycanın yeni təklifi məqbuldur” - Ermənistan parlamentinin sədri

Ermənistanın spikeri Azərbaycan deputatlarını görüşə çağırdı

Avropa İttifaqı texniki missiyası Ermənistandadır

Alen Simonyan: "Rusiyanın BMT-dəki nümayəndəsinin çıxışını mənfi qiymətləndirirəm”

KTMT, Avropa İttifaqı və Ermənistan!