Gündəm / Sosial / Dünya
19:57, 15 Eylül 2023
0

Bu ölkənin humanitar yardıma ehtiyacı var

Bu ölkənin humanitar  yardıma ehtiyacı  var


Rusiyanın Ukraynaya müdaxiləsi ciddi humanitar böhran yaradıb. 18 milyon insanın – ölkə əhalisinin demək olar ki, yarısının humanitar yardıma ehtiyacı var.

Globalpress.az xəbər verir ki, bu statistikanı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin spikeri Saviano Abreu paylaşıb.

Abreu deyib ki, mövcud tendensiya davam edərsə, Ukraynada humanitar vəziyyətin pisləşməsi qaçılmazdır. Əlavə risklər yaradan və əhalinin tələbatını artıran qışın yaxınlaşmasını nəzərə almaq xüsusilə vacibdir.

“Biz gözləyirik ki, ilin sonuna kimi humanitar yardımın həcmini artıracağıq və onu 11 milyon insana çatdıracağıq. Məqsədimiz Ukraynada dəstəyə ehtiyacı olan 18 milyondan çox insandan ən azı 11 milyon insana kömək etməkdir”, – BMT rəsmisi bildirib.
Digər xəbərlər: