Gündəm / Siyasət / Dünya
07:15, 16 May 2023
0

Ukraynada mülki itkilərin sayı artıb

Ukraynada  mülki  itkilərin  sayı artıb



Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək mülki itkilərin sayı 23 min 600-ə çatıb”.

Globalpress.az xəbər verir ki, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bu barədə BMT Təhlükəsizlik Şurasının sessiyasında Ukraynadakı humanitar vəziyyətlə bağlı çıxışı zamanı deyib.

BMT rəsmisi qeyd edib ki, müharibə ilə yanaşı sərt qışdan çıxan Ukraynada mülki itkilərin sayı son aylarda ən yüksək həddə çatıb və real rəqəmlər daha çox ola bilər.

M. Qriffits BMT-nin bölgəyə humanitar yardım çatdırılmasında hələ də bəzi ciddi maneələrlə üzləşdiklərini deyib: “Bu ilin ilk rübündə təxminən 3,6 milyon insanın humanitar yardım alıb, ancaq daha çox yardımlara ehtiyac var. Taxıl Təşəbbüsünün davam etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bütün tərəfləri üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırırıq. Humanitar ərzaq yardımı əməliyyatları üçün proqnozlaşdırıla bilən tədarük təmin edilməlidir”.
Digər xəbərlər: