Gündəm / Siyasət / Dünya / Səhiyyə
07:10, 23 May 2023
0

Sudanda insanların tibbi yardıma ehtiyacı var

Sudanda insanların tibbi yardıma ehtiyacı var


Sudanda vəziyyət hər gün bir qədər ağırlaşır, 11 milyon insanın təcili tibbi yardıma ehtiyacı var. Tərəflər beynəlxalq humanitar hüququn norma və prinsiplərinə məhəl qoymadan mübarizəni davam etdirirlər

Globalpress.az xəbər verir ki, bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes bölgədəki vəziyyətlə bağlı təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Aprelin 15-dən etibarən başlayan qarşıdurmada 700-dən çox insan həlak olub, o cümlədən 190 uşaq olmaqla 6 000 nəfər yaralanıb. Sudanda 11 milyon insanın təcili tibbi yardıma ehtiyacı var. Evlər, mağazalar, ibadət yerləri, su və elektrik qurğuları dağıdılıb. Bir milyondan çox insan yaşayış evlərindən didərgin düşüb. Onlardan 840 min insan kənd yerlərində və digər bölgələrdə sığınacaq axtarıb, 250 min nəfər isə Sudanın sərhədlərini keçərək qonşu ölkələrə üz tutublar”.


V. Perthes qeyd edib ki, münaqişənin hərarəti hər keçən gün bir qədər artır və tərəflər arasında fikir ayrılığı regiona ciddi zərbə vurmağa davam edir. BMT rəsmisi münaqişənin həllini tərəflərin döyüş meydanı buraxıb, masa arxasına danışıqlar yolu ilə razılığa gəlməsində gördüyünü deyib.
Digər xəbərlər: