Gündəm / Siyasət / Dünya
19:49, 12 Eylül 2023
0

Almaniya Rusiyadan neft alır?

Almaniya  Rusiyadan neft  alır?


Rusiyanın enerji resurslarından imtina etmək kimi elan edilmiş məqsədinə baxmayaraq, Almaniya Hindistandan böyük həcmdə Rusiya nefti almağa davam edir.

Globalpress.az xəbər verir ki, bu barədə alman nəşri "Spiegel" yazır.


Hindistandan Almaniyaya neft məhsullarının idxalının həcmi il ərzində 12 dəfə artıb. 2023-cü ilin yanvar-iyul aylarında Almaniya bir il əvvəlki 37 milyon avro ilə müqayisədə 451 milyon avro dəyərində xammal idxal edib.

Federal Statistika İdarəsin məlumatlarına əsasən, bu, cari dövrdə Almaniyaya bütün neft məhsulları idxalının 2,4%-ni təşkil edir.

Departamentin özü qeyd edir: Almaniya qazoyl idxal edir, ondan dizel yanacağı və mazut istehsal olunur. Hindistan da öz növbəsində qazoyl istehsalı üçün əsas xammal olan xam nefti Rusiyadan idxal edir
Digər xəbərlər: