Gündəm / İqtisadiyyat / Dünya
19:49, 29 Ocak 2023
0

Yeddilik ölkələri Rusiya neft məhsullarına limit qoyur – Yekun qiymət 100 dollar olacaq...

Yeddilik ölkələri Rusiya neft məhsullarına limit qoyur – Yekun qiymət 100 dollar olacaq...


Yeddilik ölkələri (G7 ) - ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya Avropa İttifaqına Rusiya neft məhsullarının bir barrelinə son qiymət hədinin 110 dollar müəyyən edilməsi ilə bağlı təklif veriblər.

Globalpress.az- ın xəbərinə görə, bu məlumatı G7 rəsmi nümayəndəsinə istinadla “Bloomberq” agentliyi yayıb. Agentlik yekun qiymət həddinin 100 dollar götürüləcəyini yazır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq tətbiq edilən sanksiyalar çərçivəsində 2023-cü il fevralın 5-dən Rusiya neft məhsulları üçün dünyada iki qiymət həddi fəaliyyətə başlayacaq. Bunlardan biri, xam neftlə müqayisədə yüksək qiymətə satılan neft məhsulları (dizel yanacağı, benzin), digəri isə adətən endirimlə satılan məhsullar (mazut) üçündür.

Avropa Komissiyası birincini bir barrel üçün 100 dollar, ikincini isə 45 dollar səviyyəsində təyin etməyi planlaşdırır.
Ətraflı

Qiymət həddi o deməkdir ki, G7 ölkələri və Avropa İttifaqı Rusiya neft məhsulları ilə bağlı sığorta və maliyyə xidmətlərini yalnız təyin olunan hədd qiymətinə və ya ondan aşağı qiymətə alındıqda təmin edəcək.

Xatırladaq ki, 2022-ci ilin dekabrında dəniz yolu ilə ixrac edilən Rusiya nefti üçün qiymət həddi 60 dollar/barrel səviyyəsində qüvvəyə minib.

Buna cavab olaraq Rusiya Prezidenti Vladimir Putin Rusiya neftinin və neft məhsullarının qiymət həddinə razılaşan ölkələrə satışını qadağan edib. Neft məhsullarına tətbiq edilən qiymət həddi Ukraynaya hərbi təcavüz edən Rusiyanın müharibəni davam etdirməyə lazım olan resurslarının azaldılmasına hesablanıb. Qiymət həddinin müəyyən olunması həm də tədarükün kəsilməsinin və dünya qiymətlərinin sürətlə artmasının qarşısını almağa yönəlib.
Digər xəbərlər: