Gündəm / Cəmiyyət
Nəsimi rayonu S.Rüstəm, H. Vəzirov, Bakıxanov və M. Cəlal küçələrində təmir-bərpa işləri aparılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırıqlarına əsasən Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, səkilərin, həyətlərin, parkların, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı təmiri işləri davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonu S.Rüstəm, H. Vəzirov, Bakıxanov və M. Cəlal küçələrində əhalinin asudə vaxtlarının səmərəli keçirdiyi mövcud parklarda eyni zamanda ayrı-ayrı ünvanlarda, piyada yollarında əsaslı təmir və bərpa işləri aparılıb.
Aparılan təmir-bərpa işləri zamanı bu ünvanlarda, piyadaların hərəkəti olan yollarda yarasız vəziyyətdə düşmüş tamet və aqlay daşları bərpa olunub, eyni zamanda parklarda uşaq - oyun elementlərinin sıradan çıxmış hissələri təmir olunub, mövcud yaşıllıqlara qulluq göstərilib, təmizlik işləri aparılıb.
Qeyd edək ki, işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.





Daha çox xəbər:

Hüseyn Seyidzadə küçəsi 17 və 21 saylı binalarda aparılan təmir-bərpa işləri davam etdirilir.

Nəsimi rayonu 3-cü mikrorayon Cavadxan küçəsi 26,30 saylı ünvanlarda abadlıq-quruculuq işlərinə başlanılıb.

Nəsimi rayonu Azadlıq prospekti 87 saylı binanın fasadında əsaslı təmir işləri başa çatıb.

Rayon ərazisində tikinti aparılan binaların hasarlarında təmir bərpa işləri aparılıb

Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib.