Gündəm / Siyasət / Hadisə
17:10, 09 Ocak 2023
0

"Qərb daha Rusiyadan çəkinmir..."

"Qərb daha Rusiyadan çəkinmir..."


Piontkovski Qərbin Putin barədə vacib qərarı barədə bəyan edib

Qərb Putinin təslim olması barədə mühüm qərar qəbul edib, Qərb dövlətləri və Ukraynanın qəti ittifaqı, nəhayət, formalaşıb.

Globalpress.az xəbər verir ki, bu barədə rusiyalı politoloq və publisist Andrey Piontkovski "24 kanal"ın efirində bəyan edib.

O, deyib ki, Qərb ölkələri Rusiya Federasiyası prezidenti Vladimir Putinin qeyd-şərtsiz təslim olması barəsində mühüm qərar qəbul edib. Onlar daha Rusiya diktatoru və onun şantajından çəkinmir.

Piontkovski qeyd edib ki, Qərb dövlətləri və Ukraynanın ittifaqı, nəhayət, qəti formalaşıb. Onun sözlərinə görə, burada Vladimir Zelenskinin bu sözlərini xatırlamaq yerinə düşər ki, Ukrayna azad dünyanın lideri olaraq Qərbi "oyadıb" və ona Vladimir Putindən və onun şantajından çəkinməməyə kömək edib.

"Qərb faktiki olaraq Putinin qeyd-şərtsiz təslim olması barədə mühüm qərar qəbul edib. Və heç bir Milad hoqqabazlığı ona daha kömək etməyəcək", - o, əlavə edib.

Piontkovski vurğulayıb ki, Qərb Ukraynaya silah tədarükü məsələsində özünü məhdudiyyətdən xilas olub.

"Ən başlıcası, bütün Qərb heç bir halda Rusiya ərazilərinə çata biləcək zərbə vasitələrini və hücum silahı kimi tankların tədarük edilməməsi barədə qoyduğu məhdudiyyəti üzərindən götürüb. Maneələr yoxdur. Konkret hücumlar üçün zəriri olanlar veriləcək. Bu, Ukraynanın ABŞ və beynəlxalq tərəfdaşları ilə münasinətlərin yeni mərhələsidir", - politoloq izah edib.
Digər xəbərlər: