Gündəm / Hadisə / Dünya
07:43, 21 Ağustos 2023
0

Gürcüstanda ölənlərin sayı artıb

Gürcüstanda ölənlərin sayı artıb


Gürcüstanın Şovi kurort zonası yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Globalpress.az- ın məlumatına görə , bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda həmin ərazidə xilasedicilər itkin düşmüş daha 5 nəfərin axtarışlarını davam etdirir.

Xatırladaq ki, avqustun 3-də Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında torpaq sürüşməsi baş verib.
Digər xəbərlər: