Gündəm / Hadisə / Dünya
17:06, 10 Ağustos 2023
0

Gürcüstanda son vəziyyət

Gürcüstanda son vəziyyət


Raca-Leçxumi bölgəsinin Şovi kurortu ərazisində torpaq sürüşməsi nəticəsində itkin düşmüş şəxslərin axtarışı davam etdirilir.

Globalpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hazırda Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinin 400 yanğınsöndürən və xilasedicisi, 100-dən çox polis əməkdaşı təbii fəlakət bölgəsinə axtarışlarını davam etdirirlər.

Bundan başqa helikopter və pilotsuz uçuş aparatları vasitəsilə də təbii fəlakət zonasının ətrafına baxış keçirilir.

Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 21 nəfərə çatıb. Hazırda 12 nəfər itkin düşmüş şəxsin axtarışı isə davam etdirilir.

Qeyd olunub ki, xarici ölkə vətəndaşları da müəyyən edilib. Belə ki, təbii fəlakət zamanı iki Ukrayna və bir Rusiya vətəndaşı itkin düşüb.

Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsinin Şovi kurort zonasında torpaq sürüşməsi olub. Nəticədə 21 nəfər ölüb, 26 nəfər yaralanıb, daha 12 nəfər isə itkin düşmüş sayılır.

Mənbə / 24news.ge
Digər xəbərlər: