Gündəm / Hadisə / Dünya
Gürcüstanda ölənlərin sayı artır

Gürcü xilasediciləri dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölən daha bir nəfərin cəsədini aşkar ediblər.
Globalpress.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bununla da təbii fəlakət qurbanlarının ümumi sayı 26 nəfərə çatıb.
Xatırladaq ki, avqustun 3-də Şovidə irimiqyaslı torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” hotelinə ciddi ziyan dəyib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.