Gündəm / Siyasət / Dünya
Moskvaya yenidən PUA hücumu gözlənilir

Ukrayna Rusiyanın paytaxtı Moskva şəhərinə yenidən onlarla pilotsuz uçan aparatın (PUA) iştirakı ilə kütləvi hücuma hazırlaşır.
Globalpress.az xəbər verir ki, belə bir sensasiyalı xəbəri “The Wall Street Journal” yazıb.
İddiaya görə, pilotsuz təyyarələr Rusiya paytaxtına bir neçə istiqamətdən və müxtəlif hündürlüklərdən hücum edəcək.
Bildirilir ki, Ukraynanın onlarla PUA-nın iştirakı ilə Moskvaya kütləvi hücuma hazırlaşmaq üçün Rusiyanın hava hücumundan müdafiəsini araşdırması da mümkündür.
Məlumata görə, son hücumlar Ukraynanın pilotsuz sənayedə çox irəli getdiyini və PUA-lar baxımından dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrildiyini göstərir. İddia olunur ki, ya Kiyev artıq ən azı altı müxtəlif növ uzunmənzilli intiharçı PUA istehsalına başlayıb və ya da tezliklə başlayacaq.
Xatırladaq ki, iyulun 30-na keçən gecə pilotsuz təyyarələr Moskvaya hücum edib, o cümlədən Rusiyanın üç nazirliyinin: Rəqəmsal İnkişaf, İqtisadi İnkişaf, Sənaye və Ticarət nazirliklərinin yerləşdiyi ofis qülləsinə zərbə endirilib.
Onu da qeyd edək ki, avqustun 1-nə keçən gecə də PUA-lar Moskvada görünüb.