Gündəm / Cəmiyyət
İctimai dinləmə keçiriləcək

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Masallı şəhəri Heydər Əliyev prospekti ilə Qarabağ küçəsinin kəsişməsində 2 mərtəbəli 10 mənzilli yaşayış binasının tikintisi üzrə layihənin ekoloji cəhətdən qiymətləndirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçiriləcək.
14 iyul 2023-cü il tarixdə saat 12:00-da Masallı rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında təşkil olunacaq tədbirdə sifarişçi və icraçı tərəflərin, dövlət qurumları, kütləvi informasiya vasitələri, həmçinin digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə ərazi üzrə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi nəzərdə tutulur.
Əlavə məlumat üçün: 055 900 55 56
Daha çox xəbər:

Bakıda nəqliyyatın tənzimlənməsi ilə bağlı operativ qrupun yaradılmasına qərar verildi

Parlamentdə Ombudsmanın və MEDİA-nın iştirakı ilə dinləmə keçiriləcək

Leyla Əliyevanın təşəbbüsü ilə Şuşada ağacəkmə aksiyası keçirildi - FOTO

Dövlət Sosial Müdafiə Fondu Ağdaş rayonunda ictimai dinləmə keçirib

Azərbaycanda dizellə işləyən avtomobillər qadağan olunacaq – RƏSMİ