Gündəm / Hadisə / Dünya
06:57, 24 Temmuz 2023
0

Moskvaya dron hücumu olub

Moskvaya dron hücumu olub



Bu gecə Moskvanın müxtəlif yerlərində güclü partlayış səsləri eşidilib.

Şəhərə dron hücumu olub.

Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Lixaçov küçəsində yerləşən biznes mərkəzində partlayışlardan sonra tüstü və kiçik yanğın görünür. Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.

Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.

Globalpress.az xəbər verir ki, Rusiyanın TASS agentliyi Komsomolski prospektində dron qalıqlarının aşkarlandığını təsdiqləyib.




Hadisədə ölən və ya yaralananların olmadığı vurğulanıb

Mənbə/ TASS
Digər xəbərlər: