Gündəm / Siyasət / Dünya
Rusiya XİN Ərdoğanın bəyanatına münasibət bildirib

Ankara Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatın tərəfi deyil.
Globalpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə keçirilmiş NATO sammitində “Rusiya sülhməramlıları 2025-ci ilə kimi Qarabağ tərk edəcək” bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məhz bu sənədin əsasında Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingenti yerləşdirilib:
“Məhz bu sənəddə sülhməramlı kontingentin qalma müddəti və növbəti beş illik müddətə mümkün uzadılması parametrləri dəqiq qeyd olunub.
Xatırladım ki, Rusiya sülhməramlıları Qarabağda vacib sabitləşdirici rol oynamağa davam edirlər. Onların əsas funksiyası atəşkəs rejiminin dəstəklənməsidir. Regiondakı mövcud gərgin vəziyyətin mövcudluğunu nəzərə alsaq, sülhməramlıların fəaliyyətinə daha çox tələbat var. Cənubi Qafqazda sülhün dəstəklənməsi Azərbaycan və Ermənistanın maraqlarına cavab verdiyi kimi, region ölkələrinin, o cümlədən Türkiyənin də maraqlarına cavab verir. Bununla əlaqədar türkiyəli həmkarlarımızla Ağdam rayonundakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki mövcud əməkdaşlığımızı qeyd edirik”.
Daha çox xəbər:

Rusiya XİN Ərdoğanın bəyanatına münasibət bildirib

Axtarış "Sülhməramlılarımıza qarşı bu cür münasibət qəbuledilməzdir" - Rusiya XİN Paşinyana cavab verib

Rusiya Laçın yolunun açılmasının tərəfdarıdır

Zaxarovadan Paşinyanla bağlı açıqlama

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının tezliklə işə salınmasının tərəfdarıdır - Zaxarova