Gündəm / Siyasət / Dünya
21:23, 22 Aralık 2022
0

Axtarış "Sülhməramlılarımıza qarşı bu cür münasibət qəbuledilməzdir" - Rusiya XİN Paşinyana cavab verib

 Axtarış "Sülhməramlılarımıza qarşı bu cür münasibət qəbuledilməzdir" - Rusiya XİN Paşinyana cavab verib


“Nikol Paşinyanın son bəyanatının əksinə olaraq, Rusiya sülhməramlıları Qarabağda öz missiyalarını uğurla icra edirlər”.

Globalpress.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə çıxış edərkən deyib.


“Mən bunun əksini deyə bilərəm. Rusiya sülhməramlıları öz missiyasını icra edir. Vəziyyətin sabitləşməsi üçün bütün tədbirlər görülür, iş aparılır. Əgər bu məlum deyilsə, mən xatırlada bilərəm. Əgər bunu kim bilmirsə, ancaq siyasi bəyanatlara istiqamətlənirsə, xatırlatmaq istəyirəm ki, buna qədər də gərginlik olub, dəfələrlə problemlər olub, tərəflər bir-birini ittiham ediblər. Məhz Rusiya sülhməramlıları vəziyyətin sabitləşməsi üçün hər şeyi ediblər və bu onlarda alınıb. Ona görə də, sülhməramlılarımıza qarşı bu cür münasibət qəbuledilməzdir”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Xatırladırıq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında söyləyib ki, Qarabağda olan Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öz funksiyalarını yerinə yetirə bilmir.
Digər xəbərlər: