Gündəm / Siyasət
17:34, 17 Mart 2022
0

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının tezliklə işə salınmasının tərəfdarıdır - Zaxarova

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının tezliklə işə salınmasının tərəfdarıdır - Zaxarova

Rusiya Azərbaycanla Ermənistan arasında müvafiq ikitərərfli komissiyanın yaradılması ilə sərhədin delimitasiyasının tezliklə işə salınmasının tərəfdarıdır.
Globalpress.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Biz Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrindəki vəziyyətdən narahatlıq duyuruq. Martın əvvəlindən atəşkəs rejiminin müntəzəm pozulmasını qeyd edirik. Rusiya sülhməramlı kontingenti özünün məsuliyyət zonasında sabitliyin təmin olunması, vəziyyətə nəzarət üzrə müvafiq tədbirlər görür. Bu səylər sayəsində martın 13-dən etibarən insidentlər qeydə alınmır. Biz Azərbaycanla Ermənistan arasında müvafiq ikitərəfli komissiyanın yaradılması ilə sərhədin delimitasiyasının tezliklə işə salınmasının tərəfdarıyıq", - M.Zaxarova deyib.
Digər xəbərlər: