Gündəm / Siyasət / Dünya
07:10, 14 Temmuz 2023
0

Bu gün Özbəkistan Prezidentinin andiçmə mərasimi keçiriləcək

Bu gün Özbəkistan  Prezidentinin  andiçmə mərasimi  keçiriləcək


Bu gün Özbəkistanda növbədənkənar seçkilərdə yeni müddətə seçilən Prezident Şavkat Mirziyoyevin andiçmə mərasimi keçiriləcək.

Globalpress.az xəbər verir ki, bu barədə Senatın mətbuat xidməti məlumat yayıb.

Hazırkı dövlət başçısı ilə yanaşı Özbəkistan Xalq Demokratik Partiyasından İnoyatov Uluqbek İlyasoviç, “Adolat” Sosial Demokrat Partiyasından Mahmudova Robaxon Anvarovna, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyev namizəd olublar. Respublikada mövcud olan digər partiya – “Milli Dirçəliş” hazırkı prezidentin namizədliyini dəstəkləyib.

MSK-nin yekun məlumatlarına görə, Mirziyoyev Özbəkistan tarixində ilk növbədənkənar seçkilərdə 87,05 % səslə qalib gəlib. Seçkilərdə iştirak 80 faizə yaxın olub.
Digər xəbərlər: