Gündəm / Siyasət / Dünya
Danimarka və Norveç də G7 bəyannaməsinə qoşulublar

Danimarka və Norveç Ukraynaya yardım haqqında “G7” bəyannaməsinə qoşulublar.
Globalpress.az- ın məlumatına görə , bu barədə Skandinaviya ölkələrinin baş nazirləri Mette Frederiksen və Yonas Qar Styere bildiriblər.
“Biz Şimal ölkələri olaraq elan edəcəyik ki, biz də bu işə qoşuluruq və bununla da Skandinaviya ölkələrinin təhlükəsizliyini təmin edirik. “G7″-nin bir araya gəlməsi və NATO sammitindən istifadə edərək Ukraynaya olan öhdəliyimizin təkcə burada və indi silah bağışlamaqdan ibarət olmadığını, həm də bunun bir daha təkrarlanmamasını təmin etməkdən ibarət olduğunu qeyd etmək olduqca müsbət haldır”, – deyə Mette Frederiksen bildirib.