Gündəm / Siyasət / Dünya
07:46, 21 Ağustos 2023
0

Ukrayna F- 16 qırıcıları alacaq

Ukrayna  F- 16 qırıcıları  alacaq


Ukrayna F-16 qırıcılarının ilk qrupunu Yeni ildən əvvəl qəbul edəcək.

Globalpress.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

“Ümid edirəm ki, Yeni ilə yaxın təyyarələrin ilk qrupu Ukraynaya göndəriləcək. Onları sayı 6 olacaq”, - deyə Frederikson əlavə edib. Baş nazirin sözlərinə görə, gələn il Danimarkadan Ukraynaya daha 8, bir ildən sonra isə daha 5 təyyarə uçacaq.

Qeyd edək ki, V.Zelenski avqustun 20-də Danimarkaya səfər edib. Səfərdə əsas müzakirə mövzusu F-16 qırıcı təyyarələrin Ukraynaya verilməsi olub.
Digər xəbərlər: