Gündəm / Siyasət / Dünya
Alen Simonyan: "Rusiyanın BMT-dəki nümayəndəsinin çıxışını mənfi qiymətləndirirəm”
Alen Simonyan: Rusiyanın BMT-dəki nümayəndəsinin çıxışını mənfi qiymətləndirirəm”
“Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin Təhlükəsizlik Şurasındakı çıxışını mənfi qiymətləndirirəm”.
Globalpress.az xəbər verir ki, “Report” “Baqramyan26”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzyanın dekabrın 20-də şuradakı çıxışına münasibət bildirəkən deyib.
Onun sözlərinə görə, Ermənistanla sıx əlaqəsi olmayan ölkələrin nümayəndələri daha məqsədyönlü çıxış edib. Sədr bildirib ki, müttəfiq olan Rusiya təmsilçisinin çıxışı qaneedici deyil: “Hesab edirəm ki, Rusiya Federasiyası ya bacarmır, ya istəmir, ya da eyni zamanda, bacarmır və istəmir. Mən təəccüblənmirəm, son hadisələr göstərdi ki, Rusiya Federasiyası tərəfindən də oxşar reaksiya olacaq”.
Qeyd edək ki, Ermənistanın təklifi ilə dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub.
Daha çox xəbər:

Ermənistanın spikeri Azərbaycan deputatlarını görüşə çağırdı

Rusiya BMT-dən Ukrayna ilə bağlı XAHİŞ ETDİ

Çinin BMT-dəki nümayəndəsi: “Ölkələrin ərazi bütövlüyünə hörmət edilməlidir”

“Azərbaycanın yeni təklifi məqbuldur” - Ermənistan parlamentinin sədri

Azərbaycan nümayəndəsi: "Ermənistan BMT-nin tələblərinə məhəl qoymur