Gündəm / Siyasət / Dünya
19:08, 21 Haziran 2023
0

Rəsmilər görüşəcəklər

Rəsmilər görüşəcəklər


Bakı Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələləri üzrə komissiya üzvlərinin iclasının keçirilməsi ilə bağlı erməni tərəfinin təklifinə müsbət cavab verib.

Globalpress.az xəbər verir ki, bu barədə iyunun 21-də jurnalistlərə müsahibəsində Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib.

“Cavab müsbətdir, lakin görüşün yeri, ayı və saatı ilə bağlı hələlik razılaşma yoxdur”, Qriqoryan qeyd edib.

“Güman edirəm ki, görüş tezliklə baş tutacaq”, - o əlavə edib.

Qriqoryanın sözlərinə görə, gündəlikdə duran məsələlər müzakirə olunacaq. “Söhbət demarkasiya məsələləri üzrə komissiyaların işçi iclasından gedir”, - deyə Baş nazirin müavini fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 17-də i Mher Qriqoryan tərəfindən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevə Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların iclasının keçirilməsi təklifi göndərilib. Bildirilib ki, təklifin məqsədi Ermənistan-Azərbaycan sərhədində gərginliyə səbəb olan cari mübahisəli məsələləri müzakirə etməkdir.
Digər xəbərlər: