Gündəm / Siyasət / Cəmiyyət
Bakı və İrəvan arasında razılaşma əldə olundu
Bakı və İrəvan arasında razılaşma əldə olundu
Avqustun 30-da Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
İclasdan öncə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk Şahin Mustafayev və Mger Qriqoryanla görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb. Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.
Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.
Üçüncü görüşün razılaşdırılmış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib
Daha çox xəbər:

Azərbaycan və Ermənistanın delimitasiya komissiyaları sərhəddə görüşdü

Azərbaycan və Ermənistanın delimitasiya komissiyaları sərhəddə görüşdü

Sərhədin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı - SİYAHI - SƏRƏNCAM 23 May 2022 19:03Baxış: 1 891 Share on WhatsApp Share on Telegram Share on Facebook Share on Twitter

Rusiya XİN: “Delimitasiya prosesi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına imkan verəcək”

Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalandı